Çörək zavoduna ekskursiya
Liseyin 2a sinif şagirdləri 27.01.2017-ci il tarixində sinif müəllimləri "Əməkdar müəllim" Tağıyeva Qəmər xanımla birlikdə Bakının Xətai rayonundakı 1 nömrəli çörək zavodunda ekskursiyada olublar.Zavodun əməkdaşı bildirdi ik, zavodda quraşdırılan ən müasir avadanlıq istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Müəssisədə, ümumilikdə, 50 çeşiddə çörək və çörək məmulatı istehsal olunur. Sonra şagirdlər zavodun dequstasiya salonunda hazır məhsulların nümunələrinə baxdılar və müəssisədə yaradılan bütün şəraitlə tanış oldular.Ekskursiyanın sonunda şagirdlər şəraitdən razı qaldıqlarını bildirdilər.