“Millətin şəhidlik zirvəsinə ucaldığı gecə”

Hər il olduğu kimi bu ildə Liseydə 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keşirilmişdir. 20 Yanvar faciəsinin 25 illiyinə xüsusi hazırlıq görülmüşdür. Divar qəzetləri buraxılmış, fotostendlər hazırlanmış, sinif təşkilat saatları keçirilmiş və 18 yanvar tarixində ilk dərs saatları 20 Yanvara həsr olunmuşdur. Bu faciə ilə bağlı açıq dərslər keçirilmişdir.“Millətin şəhidlik zirvəsinə ucaldığı gecə” adlı ədəbi – bədii kompozisiya hazırlanmışıdır. Bu yaddaqalan tədbirdə Nərimanov rayon 20 Yanvar şəhid ailələri və əlillər cəmiyyətinin üzvləri iştirak etmişlər.