Ümumdünya Uşaq Hüquqları mövzusunda söhbət aparılıb
01.11.2023-cü il tarixdə liseyin informatika müəllimi Nuranə İbrahimxəlilova 8b sinif şagirdləri ilə Ümumdünya Uşaq Hüquqları mövzusunda söhbət aparıb.
Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.
İnkişaf hüquqları dedikdə, uşaqların təhsil almaq, oynamaq və istirahət etmək, məlumat almaq və dini hüquqları nəzərdə tutulur. Müdafiə hüquqları isə uşaqları müxtəlif zorakılıq, müharibələr və uşaq əməyinin istismarından, narkotik maddələrin istifadəsindən qoruyur. Bunlardan əlavə Konvensiyanın azad fikir söyləmək, cəmiyyətdə fəal iştirak etmək, yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları da təmin edir.
Şagirdlər mövzu ilə bağlı suallar veriblər. Sonda Ümumdünya Uşaq Hüquqları mövzusunda slaydlar nümayiş olunub.