Şagirdlər İkinci Fəxri Xiyabanı ziyarət ediblər

   Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 saylı Ekologiya liseyinin 9c sinif şagirdləri sinif rəhbərləri, Azərbaycan dili müəllimi Şəlalə Ağacanova ilə birgə İkinci Fəxri Xiyabanda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan qəhrəmanlarımızın məzarını ziyarət ediblər.   

   Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunmasında, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovdur. 

    Müharibənin ilk günlərində tankı ilə minaya düşən Azad Hümbətov özü ayağından yaralanmasına baxmayaraq tankı idarə edən yaralı mexaniki 25 km meşə ərazisində kürəyində daşıyaraq döyüş postuna gətirib çıxara bilibi. Müalicəsini yarımçıq qoyaraq yenidən müharibəyə qatılan Azad 27 oktyabr 2020-ci il tarixdə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qəhrəman şəhidimizin  döyüşlərdə göstərdiyi igidlik və sücaət yüksək qiymətləndirilib, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”  adına layiq görülüb, bir neçə medalla təltif olunubdur.

    Azad Hümbətov 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə həlak olub.
   Şagirdlər ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçmiş şəhid Azad Hümbətovun xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi