Şagirdlərimiz muzey və abidələri ziyarət edib

     25 oktyabr 2023-cü il tarixdə liseyin direktoru, filologiya üzrı fəlsəfə doktoru Arif Əsədovun rəhbərliyi ilə liseyin 9a sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, Hüseyn Cavidin ev müzeyində olublar. 

   Məlumat üçün bildirək ki, 1920-1937-ci illərdə görkəmli mütəfəkkir şair-dramaturq Hüseyn Cavid ailəsi ilə birlikdə hazırkı Əlyazmalar Muzeyinin üçüncü mərtəbəsində yaşayıb.1982-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu buraya köçürülüb.

 Hazırda binanın böyük hissəsində M.Füzuli adına Əlyazmalar İnstitutu yerləşir. Üçüncü mərtəbənin mərkəzi hissəsində Hüseyn Cavidin ev-muzeyi fəaliyyət göstərir. Şagirdlərimiz eyni zamanda İstiqlal abidəsini, Nizami Gəncəvinin, Yusif Məmmədəliyevin, M.Ə.Sabirin abidələrini də ziyarət ediblər. Şagirdlərə yol boyu rast gəldikləri abidələr, tarixi şəxslər, tariximiz, mədəniyyətimiz haqqında ətraflı məlumat verilib. Gün şagirdlərimiz üçün maraqlı və məhsuldar olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi