Şagirdlərimiz "Cənnət gözləyə bilər" adlı sərgisi ilə tanış olublar
Bakı şəhəri Nərimanov rayonu 291 nömrəli Ekologiya liseyində fəaliyyət göstərən RUGİM-nin dərnək üzvləri, 5a və 5b sinif şagirdləri dərnək rəhbərləri Aynurə Həsənova və Mətanət Qasımova ilə Yarat Müasir İncəsənət Mərkəzində ekskursiyada olublar.
Şagirdlərimiz Yarat Müasir İncəsənət Mərkəzində Aidə Mahmudovanın "Cənnət gözləyə bilər" adlı sərgisi ilə tanış olublar.
Dərnək üzvlərinə sərgi haqqında ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Sonra şagirdlər mərkəzdə sərgi ilə bağlı intellektual oyun oynayıblar.
Muzeylərə ekskursiyalar şagirdlərin tədris olunan fənləri daha yaxşı qavramasına, dünyagörüşünün formalaşmalaşmasına təkan verir.