“Bayramlar ayı”

11 noyabr 2014 – cü il tarixində Liseyimizdə 9 noyabr Dövlət bayrağı günü, 12 noyabr Konstitusiya gününə və 17 noyabr Dirçəliş gününə həsr olunmuş geniş həcmli tədbir keçirildi. Tədbir zamanı akt zalının tərtibatı diqqəti xüsusi cəlb edirdi. Şagirdlərin xüsusi hazırlığı söylənilən ifadəli şeirlər, vətənpərvərlik ruhunda oynanılan səhnəciklər, gözəl ifa olunan milli mahnılar bayrama xüsusi rəng qatırdı. Tədbirin sonunda çıxış edən qonaq Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Xuraman Osmanova belə dolğun tədbir münasibəti ilə liseyin müdriyyətinə, pedaqoji kollektivinə və şagirdlərə böyük təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi