5ç sinif şagirdləri Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyaya gediblər

    Rus dili və ədəbiyyatı müəllimi və sinif rəhbəri Şəlalə Ağacanova 5ç sinif şagirdləri ilə birlikdə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyaya gediblər.

    Arxeoloji Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala qoruğu ərazisində  açıq səma altında yaradılıb.

    Açıq səma altında olan muzey kompleksi ərazisində Azərbaycana, xüsusən də Qala qəsəbəsinə və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələri toplanaraq bərpa olunubdur. Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq  nümunələri və s. ilkin görünüşündə qurulubdur.

    Şagirdlər Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları ilə yaxından tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi