Kiçik summativ qiymətləndirmələr rəqəmsal formada həyata keçirilir

    Bu gündən liseydə kiçik summativ qiymətləndirmələrin rəqəmsal formada həyata keçirilməsinə başlanılır.

    Rəqəmsal kiçik summativ qiymətləndirmə təhsil müəssisələrində təşkil olunan summativ qiymətləndirmənin elektron formada (kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək) məktəb binasında təşkil edilməsidir.

    Kağız üzərində keçirilən qiymətləndirmə vəsaitindən yalnız bir dəfə istifadə oluna bildiyi halda, rəqəmsal qiymətləndirmənin tətbiqi zamanı material və resurslardan təkrar istifadə oluna bilir. Bu isə öz növbəsində qiymətləndirmə vəsaitlərinin hazırlanması üçün vaxta qənaət etməklə yanaşı, kağız sərfiyyatını da minimuma endirmiş olur. Eyni zamanda, rəqəmsal qiymətləndirmə prosesi virtual sinifdə təyin olunmuş vaxt ərzində reallaşdırılır.

    Şagird nailiyyətlərini və müxtəlif fənlər üzrə tədrisin keyfiyyətini daha yaxşı ölçmək, vaxt və kağız israfının qarşısını almaq, şagirdlərin müasir imtahanvermə bacarıqlarını inkişaf etdirmək baxımından rəqəmsal qiymətləndirmələr xüsusi əhəmiyyətə malikdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi