"İstedad sorağında" rubrikası 5a sinfinin qonağı olub
UTBR-i Ətlaz Zeynalovanın təşkilatçılığı ilə "İstedad sorağında" rubrikası 5a sinfinin qonağı olub.
Dərsin bugünkü mövzusu vətənpərvərlik olub. Vətənpərvərlik hissi körpə yaşlardan aşılanmalıdır. Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, “xəmirimiz” vətənə məhəbbət hissi ilə yoğrulmalıdır.
Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, bağçada, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.
5a sinfinin şagirdləri də vətənpərvərlik mövzusundan ilhamlanaraq, vətənpərvərlik mahnılarını həvəslə söyləyiblər.