“Ailəm və məktəbim” layihəsinə start verilib
Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Bu münasibətlərin səmərəli şəkildə təşkili böyüməkdə olan nəslin motivasiya sahəsinin, əxlaqi süurunun formalaşmasına, uşağın özünü dərk etməsinə və cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir.
Cəmiyyətin təməlini təşkil edən və dəyərini yaşadan ailələr və ümumtəhsil müəssisələri arasında səmərəli əməkdaşlıq üçün valideynlərimiz aşağıdakı sorğu linkindən istifadə edə bilərlər.