Reproduktiv sağlamlıq mövzusunda maarifləndirici seminar keçirilib
Liseydə reproduktiv sağlamlıqla bağlı valideynlərlə maarifləndirici seminar keçirilib. Seminar şifahi sual-cavablarla təşkil olunub.
Əsas məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.
Görüş zamanı reproduktiv sağlamlıq üzrə valideynlərə geniş məlumatlar verilib, övladlarının sanitar-gigiyenik qaydalara necə əməl etməsi və zərərli vərdişlərdən necə uzaq tutmaları haqqında tövsiyyələr verilib. Bildirilib ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm məsələsidir.
Tədbirin sonunda videoçarx nümayiş etdirilib və valideynlərin sualları cavablandırılıb.