"Vətən uğrunda" adlı xatirə gecəsi keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/169719772265292e9a1b1018.73970210.jpg)
26.09.2023-cü il tarixdə liseydə müəllim-şagird kollektivi və valideynlərin iştirakı ilə Anım Gününə həsr olunan "Vətən uğrunda" adlı xatirə gecəsi keçirilib.
Tədbirdə çıxış edən hər kəs şəhidlərin keçdiyi döyüş yolundan söhbət açıblar. Şəhidlərin şanlı zəfər yolundan bəhs edən vide-çarx nümayiş olunub.
Əsgərlərimizin qəhrəmanlığından bəhs edən "Vətən oğlu" adlı şeiri hər kəsin rəğbətinə səbəb olub.
Şagirdlərin təqdim etdikləri səhnəcikdə hiyləgər, qəddar düşmən obrazı məharətlə təqdim olunub.
Keçirilən bütün bu tədbirlər şagirdlərdə vətənpərvərlik hissini daha da artırır. Onlarda vətənə məhəbbət, düşmənə nifrət hissini aşılayır.
Sonda şagirdlər "Şəhid andı" şeirini söyləyiblər.
Tədbir "Yaşa Azərbaycan" mahnısının sədaları ilə sona catıb.
Allah şəhidlərimizə rəhmət eləsin!.