Liseyimizin məzunu dünya çempionatının qalibi olub
Liseyimizin məzunu, Olimpia üçüncüsü, Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.
Bununla da R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionluğu qazanıb.
Rafiq Hüseynovu, onun anası, liseyimizin ingilis dili müəllimi Gülnarə müəllimi, liseyimizdə Rafiqə dərs demiş bütün müəllimləri təbrik edirik!