"Musiqi ruhun qidasıdır" adlı tədbir keçrilib
18 sentyabr 2023-cü il tarixdə liseyin 7a sinfində UTBR-i Ə. Zeynalova, musiqi müəllimi G.Muxtarova və sinif rəhbəri Ü.Adıgözəlovanın təşkilatçılığı ilə Milli Musiqi gününə həsr olunmuş "Musiqi ruhun qidasıdır" adlı tədbir keçrilib.
Tədbirdə Milli musiqimizin banisi Üzeyir Hacıbəylinin və Azərbaycanın görkəmli bəstəkarlarının yaradıcılığını əks etdirən rəngarəng musiqi nömrələri səslənib. Şadirdlər U.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasınıdan Telli ilə Vəlinin səhnəsini həvəslə ifa ediblər. Cavidanın tarda səsləndirdiyi ifasında "Bakı gecələri" mahnısı rəğbətlə qarşılanıb.
Musiqi müəllimi G.Muxtarova milli musiqimizin inciləri haqda şagirdlərə maraqlı məlumat verib.
Sonda xorun ifasında "Yaşa Azərbaycan" mahnısı səslənib.