18 sentyabr-Milli Musiqi günüdür
Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 18 sentyabr 1995-ci il tarixdən dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü Milli Musiqi günü kimi qeyd olunur.
Liseyimizin rus dili müəllimi Salahova Sitarə 7b sinfində «Национальный день музыки» adlı dərs keçirib. Şagirdlər Üzeyir Hacıbəyovun həyat və yaradıcılığını əks etdirən təqdimatla tanış olublar.
Təqdimatda şagirdlər dünya şöhrətli bəstəkarın ən məşhur əsərləri ilə məlumatlandırılıb, “Koroğlu” operasından Koroğlu uverturasını dinləyib və öz təəssüratlarını bölüşüblər.