"Təbiəti qoruyaq" mövzüsünda açıq havada dərs keçirilib

    12 iyun tarixində liseydə "Təbiəti qoruyaq" mövzüsünda açıq havada dərs keçirilib.

    Təbiəti qorumaq hər bir insanın başlıca vəzifəsi və borcudur. Vətənimizin zəngin təbiəti, fauna və florasını qorumaq məhz bizim övladlıq borcumuzdur. Bu gün hər bir Azərbaycan övladı ətraf mühitə qoruyucu nəzərlərlə baxmalı, təbiətdən zövq almalı, ana yurdun təbiətinin keşiyində dayanmalıdır.

    Torpağın çirklənməsinin vacib bir səbəbi də sənaye və kənd  təsərrüfatı tullantıları, məişət zibili, gübrələrin düzgün tətbiq olunmamasıdır. Ekologiyaya zərər vuran əsas çirkləndiricilər gübrələr, pestisidlər, radioaktiv maddələrdir. Hidrosferin çirklənməsi isə ilk növbədə çirkab suların çaylara, göllərə və dənizlərə axıdılması nəticəsində baş verir.

    Təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə ətraf mühitin komponentlərinin bərpasında böyük rol oynayır.

    Bütün bunları nəzərə alaraq,liseyin rus dili və ədəbiyyatı müəllimi Samirə Əlixanova tədris etdiyi sinifdə şagirdlərin diqqətini bu mövzuya çəkərək , onlarla açıq havada dərs keçirib.

     Açıq havadakı dərsdə şagirdlərə bidirildi ki, doğma yurdumuzun təbiətini sevmək, ona övlad məhəbbəti bəsləmək bizim müqəddəs borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi