5a sinif şagirdləri Azərbaycan Milli Xalça muzeyində olublar
07 iyun 2023-cü il tarixdə 5a sinif şagirdləri sinif rəhbərləri Ətrabə Qaybalıyeva, "Bal arıları" ekoklubunun dərnək rəhbəri Mətanət Qasımovanın təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyində olublar.
Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olubdur.
Ölkənin müasir memarlıq tikililərindən birində yerləşən Azərbaycan Milli Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir.
Muzeyin yaranmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, “Azərbaycan xalçası” adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur.
Əvvəlcə şagirdlərə görkəmli alim və xalçaçı “Azərbaycan xalçası” adlı fundamental əsərin müəllifi Lətif Kərimov haqqında geniş məlumat əldə ediblər. Şagirdlər incəsənət nümunələri olan əvəzolunmaz xalçaların canlı şahidi olublar.
Şagirdlər muzeydən xoş təəssüratlarla ayrılıblar.