Şagirdlərimiz Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda ekskursiyada olublar

    06 iyun 2023-cü il tarixdə 9d sinif şagirdləri sinif rəhbəri Əhmədova Əfsanənin təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda ekskursiyada olublar.

    Şagirdlər xüsusi layihə əsasında tikilmiş Eko-parkda bir-birindən maraqlı yerlərlə tanış olublar. Onlar həmçinin, 25 adda 150-dək ekzotik quş növləri ilə də tanış olublar və quşlar haqqında bir çox maraqlı məlumatlara yiyələniblər.

    Şagirdlərimiz Zirə Xalça muzeyində olublar. Onlar həm də milli mədəniyyətimizin ayrılmaz hissəsi olan xalçaçılıqla da tanış olublar. Burada Abşeron məktəbinə xas xalçaları nəinki izləmək, hətta toxumağı öyrənmək olar. Şagirdlər ecazkar, qədim tarixlərdən dövrümüzə gəlib çatan xalçalar haqqında məlumar əldə edib və onların tarixləri haqqında məlumatlanıblar.

    Burada fərqli studiyalar, gimnastika və rəqs zalları, həmçinin 3D kinozal da fəaliyyət göstərir. Kinozal müasir tələblərə cavab verən ən son texnologiya ilə təchiz olunub. Zalda ən son filmlərin nümayişi və izləyicilərin rahatlığı üçün hər bir şərait yaradılıb, xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq, soyutma-isitmə və havalandırma sistemləri qurulub,VİP zona yaradılıb. Zalda, həmçinin konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkündür. Şagirdlər də bu zalda bir birindən maraqlı filmlərə baxıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi