Şagirdlərimiz Suraxanı gəmi muzeyində ekskursiyada olublar
06 may tarixdə 8a sinif şagirdləri Sevda Zamanovanın təşkilatçılığı ilə Suraxanı gəmi muzeyində ekskursiyada olublar.
Dünyada ilk tanker-muzeyi kimi fəalliyyət göstərən Suraxanı tankeri uşaqlar üçün həddindən artıq maraqlı olub. Lövbər, dəniz düyünləri haqqında məlumat alıblar. Xəzərin və dünya okeanının əfsanəvi gəmilərinin modelləri ilə tanış olublar.
Şagirdlər yükləmə-boşaltma əməliyyatını həyata keçirən, dünyanın ən böyük konteyner daşıyan gəmisi - "OOCL Hong Kong"un modeli ilə tanış olublar. Onlar həmçinin, "Naviqasiya və kommunikasiya" zalında naviqasiya və kommunikasiya vasitələrilə üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq, "Morze" əlifbasından istifadə etməklə bir-birinə məlumat ötürmək imkanı qazanıblar. Bir sıra maraqlı oyunlar və yarışlar keçiriblər. Ekskursiya olduqca çox öyrədici və maraqlı olub.