“İnsan və vətəndaş hüquqları” adlı maarifləndirici dərs keçirilib

Liseydə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar rus dili və ədəbiyyat müəllimi Bahar Məmmədova “İnsan və vətəndaş hüquqları” adlı maarifləndirici dərs keçirib. Dərsdə şagirdlərə mövzu haqqında ətraflı məlumat verilib və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, təhsil almaq və s. kimi huquqlarından danışılıb. Dərsdə mövzuya aid video çarx nümayiş etdirilib
Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi məqsədilə 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır.
İstər təhsil, istər mədəniyyət, istərsə də səhiyyənin inkişafı uşaqlarımızın sağlam və hərtərəfli gələcəyi üçündür. Ölkəmizin sabahı olan uşaqları qorumaq və onların müdafiəsinə hamılıqla qoşulmaq hər birimizin borcudur.