"Müasir bacarıqlar və karyera planlaması" mövzusunda seminar keçirilib

01 iyun 2023-cü il tarixdə liseyimizin yuxarı sinif şagirdləri ilə UNEC-in "Karyera planlaşdırılması və inkişaf" kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Məhərrəmovun dəstəyi, kafedranın tərəfdaşlığı ilə kafedranın müəllimi, safavy.org platformasının həmtəsisçisi Könül Quliyeva "Müasir bacarıqlar və karyera planlaması" mövzusunda seminar keçirib.
Məqsəd tam orta təhsil pilləsində təhsil alan şagirdlərimizə müasir bacarıqlar və innovasiyalar, gələcək üçün yiyələnməyin zəruri hesab edildiyi səriştələr, karyera planlaması barədə məlumatlar vermək, bu istiqamətdə müzakirələr aparmaq idi.
Seminarda iştirak edən liseyin psixoloqu Dilbər Ağasiyeva şagirdlərə peşə seçimində hər bir kəsin sərbəst peşə seçmək hüququ olduğunu onların diqqətlərinə çatdırıb. Həmçinin, şagirdlərin öz hüquqlarını, vəzifələrinin yaxşı bilmək və lazım gələndə onlardan düzgün şəkldə istifadə etməyi tövsiyyə edib.