II yarım ili üzrə şagirdlərin bilik və bacarıqlarının rəqəmsal formada qiymətləndirilməsi davam edir
2022-2023-cü tədris ilinin II yarım ili üzrə şagirdlərin bilik və bacarıqlarının rəqəmsal formada qiymətləndirilməsi məqsədilə qiymətləndirmə davam edir. Rəqəmsal böyük summativ qiymətləndirmə təhsil müəssisələrində təşkil olunan summativ qiymətləndirmənin elektron formada (kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək) məktəb binasında təşkil edilməsidir.
Qiymətləndirmə liseyin V,VI,VII və VIII siniflərində (tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə) şagirdlərin ümumi təhsil müəssisələrində iştirakı ilə həyata keçirilir. Qiymətləndirmə rəqəmsal şəkildə “Virtual məktəb” platforması üzərindən aparılır.
Kağız üzərində keçirilən qiymətləndirmə vəsaitindən yalnız bir dəfə istifadə oluna bildiyi halda, rəqəmsal qiymətləndirmənin tətbiqi zamanı material və resurslardan təkrar istifadə oluna bilir. Bu isə öz növbəsində qiymətləndirmə vəsaitlərinin hazırlanması üçün vaxta qənaət etməklə yanaşı, kağız sərfiyyatını da minimuma endirmiş olur. Eyni zamanda, rəqəmsal qiymətləndirmə prosesi virtual sinifdə təyin olunmuş vaxt ərzində reallaşdırılır. Bu üstünlük qiymətləndirmə vaxtının optimallaşdırmasına zəmin yaradır. Tərtib olunan suallar və qiymətləndirmə prosesi məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən təşkil olunur, şagirdlər nəticələr barədə yerində məlumatlar əldə edir.