Böyük Summatrik Qiymətləndirmələr rəqəmsal formada həyata keçirilir
Liseyimizdə Böyük Summatrik Qiymətləndirmələr rəqəmsal formada həyata keçirilir. Tapşırıqlar fənn metodbirləşməsi tərəfindən hazırlanır, təsdiq edilir, lisey rəhbərliyi tərəfindən yoxlanılır və imzalanır. Sonra direktorun "MİcrosoftTeams" səhifəsində siniflər üzrə yerləşdirilir.
Rəqəmsal qiymətləndirmə zamanı şagird nəticələri imtahan bitdiyi an emal olunur, zaman itkisi olmur, kağız israfına gedilmir, şəffaflığı daha yaxşı təmin etmək mümkün olur.
Şagirdlər imtahanda həm məzmun, həm də formaca yenilikləri mənimsədiyini nümayiş etdirir, müasir bacarıqlara sahiblənirlər.
Test tapşırıqları müasir yanaşmalara uyğun hazırlanır: 15 sual, onlardan 12-si qapalı, 3-ü açıq, yazı tələb edən tapşırıqlardır.
Şagirdlərə həm faktoloji, həm məntiqi-izahedici, həm proqniz, həm hesablama və s. məzmunlu tapşırıqlar təqdim edilir.
Tapşırıqlarda relevantlıq, analoqluq gözlənilir.
Qeyd edək ki, liseydə V-IX siniflər üzrə "Rəqəmsal bacarıqlar" layihəsi tətbiq edilir. Bu da bu siniflər üzrə şagirdlərin kompütürdə işləmək bacarıqlarının qənaətbəxş olmasını şərtləndirir.
Liseydə BSQ-lərin keçirilməsi üçün 4 informatika otağı ayrılıb və həmin otaqlarda 4 informatika müəllimi, 8 nəfər qeyri-ixtisas müəllimi nəzarət üçün təhkim edilibdir.