"Qorunan təbiət" multimedia layihəsinin təqdimatı təşkil olunub
Mayın 18-də Mədəniyyət Nazirliyinin dəstəyilə Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü çərçivəsində "Qorunan təbiət" multimedia layihəsinin təqdimatı təşkil olunub.
Bu il Beynəlxalq Muzeylər Gününün devizi olan "Muzeylər, davamlılıq və rifah" ekologiya, yeni incəsənət və kurator təcrübələri, ekoloji sənətkarlıq, həmçinin tekstil sənayesi ilə bağlı qeyri-adi muzey proqramını əks etdirir. Layihə, BMT-nin 2030-cu ilə qədər davamlı inkişaf məqsədlərini dəstəkləyərək, modanın və ənənəvi qadın sənətlərinin təbliğinə yönəlib.
Layihənin açılış mərasimində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru xanım Firuzə Sultan-zadə çıxış edərək, bütün muzeylərin davamlı gələcəyin formalaşmasında və yaradılmasında rolunun vacibliyini və onların bunu təhsil proqramları, sərgilər, ictimaiyyətlə əlaqə və tədqiqatlar vasitəsilə edərək, gələcək nəsil üçün dayanıqlı inkişafa töhfə verəcəyini vurğulayıb.
Həmçinin, tədbirdə RUGİM-in “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində fəaliyyət göstərən ekoklubların fəal liderləri iştirak edərək, tədbirin rəsmi qonağı İsveç Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Tobias Lorentzsona onları maraqlandıran sualları veriblər.
Lİseyimizin 8c sinif şagirdi Ayaz Salahov və 8b sinif şagirdi Nərgiz İbrahimova da bu layihədə iştirak edib.