15 may Beynəlxalq ailə günüdür
Bu gün münasibətilə liseyin UTBR-i Atlaz Zeynalova, həmçinin liseyin informatika müəllimləri Nuranə İbrahimxəlilova və Məsmə Şaripovanın təşkilatçılığı ilə 6ç sinifində "Müqqəddəs ailəm" adlı dəyirmi masa keçirilib.
Əvvcəlcə şagirdlərə ailə günü ilə bağlı ətraflı məlumat verilib, sonra isə video-çarx nümayiş olunub.
Daha sonra şagirdlərin ailə ilə bağlı fikirləri dinlənilib. Şagirdlərin ailədə milli-mənəvi dəyərlərin qorunmasından və gələcək nəslə çatdılmasından söz açıblar.
Şagirdlər gələcəkdə öz ailələrinin sağlam təməl üzərində qurulmasını və cəmiyyətdə bu ənənələri təbliğ etməyin vacib olmasını qeyd ediblər.
Sonda hər kəsə sağlam ailə mühiti arzu olunub.