SASMO 2023 Riyaziyyat Olimpiyadasından qazanılan qələbəmiz
Bir neçə gün əvvəl Azərbaycanda keçirilən (SASMO) Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadasının nəticələri elan olunub.
Liseyimizin 34 şagirdi bu müsabiqəyə qatılıb. Şagirdlərimiz SASMO (Singapore and Asian Math Olympiad) Beynəlxalq Riyaziyyat Olimpiadasında müxtəlif əyarlı medallar qazanıblar.
Onlar 8 qızıl, 8 gümüş, 7 bürünc medal, 3 fərqlənmə sertifikatı, 8 iştirakçı sertifikatı əldə ediblər.
Şagirdlərimizi, onların valideynlərini və müəllimlərini təbrik edirik!