“Bir damcı” kampaniyası çərçivəsində liseydə maarifləndirmə tədbiri keçirilib

    Sudan səmərəli istifadə vərdişlərinə yönəldən “Bir damcı” kampaniyası çərçivəsində liseyimizin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib. “Bir damcı” kampaniyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və IDEA İctimai Birliyi tərəfindən həyata keçirilir.

    Layihənin təşkilatçıları 5-ci sinif şagirdləri ilə görüş keçirib, sudan qənaətlə istifadənin vacibliyi barədə geniş təqdimatla çıxış ediblər.

    Səfərlərin 15 aprel – Ekoloji Bilik Günü ərəfəsində təşkil olunması məktəblilər arasında təbiətin bizə bəxş etdiyi resursları qorumağın vacibliyi barədə məlumatlılığın artırılmasına xidmət edir.

    Təqdimat zamanı şagirdlər kampaniyanın məqsədi, sudan səmərəli istifadənin vacibliyi, gündəlik həyatda qənaət yolları, gələcəkdə bizi gözləyə biləcək təhlükələr barədə məlumatlandırılıb. Məktəblilərin görüşünə əliboş getməyən layihə iştirakçıları onlara sudan düzgün istifadənin əhəmiyyəti barədə biliklər toplusu olan “Bir Damcı” kitabı və müxtəlif merçendayz hədiyyələr təqdim ediblər.

    Şagirdlərlə görüşlərdə təşkilatçılar layihə çərçivəsində təşkil olunan rəsm müsabiqəsi barədə də məlumat verib, onları bu müsabiqəyə cəlb etməklə hədiyyə qazanmağa və öz yaradıcılıqlarını nümayiş etdirməyə həvəsləndiriblər.

    Şagirdlərimiz hazırladıqları bir-birindən maraqlı məlumatları nümayiş etdiriblər. Sonda onları maraqlandıran sualları layihə təşkilatçılarına yönəldiblər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi