Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Bilik yarışı" təşkil olunub

    May ayının 1-dən 5-ə qədər liseyimizdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Bilik yarışı" təşkil olunub. Bu yarışmaya hər biri 6 nəfərdən ibarət  olmaqla 50 komanda qatılacaq. Xatırladaq ki, Bilik yarışı 2 mərhələ, hər mərhələdə isə I, II, III bölmələr üzrə təşkil olunub.   Bilik  Yarışması üçün təşkil olunmuş münsiflər heyəti liseyin müxtəlif fənləri tədris edən fənn müəllimlərindən və fəal şagirdlərdən seçilib.

    Birinci mərhələnin ilk bölməsi Heydər Əliyevin həyat və fəaliyyətini əhatə edən suallara,  2-ci  bölməsi ümumi dünyagörüşü əhatə edən suallara, 3-cü bölməsi isə tədris olunan fənlərə əsaslanır. İkinci mərhələdə isə yalnız finala qalan iki komanda eyni bölmələr və onlara aid suallar üzrə yarışacaq. 

    Bu gün başlanan yarışma V siniflər arasında təşkil olunub. Suallar maraqlı və düşündürücü idi. Şagirdlər yarışmada həvəslə iştirak ediblər. Gərgin mübarizə şəraitində davam edən yarışma sona yetib. V siniflər üzrə qalib komanda 5b sinfinin "Parlayan ulduzlar" komandası olub.

    Qalib komandalar məktəbin rəhbərliyi tərəfindən tərifnamələr və hədiyyələrlə mükafatlandırılacaq.

    

 

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi