Şagirdlərimiz "Rəqəmsal bacarıqlar" layihəsi müsabiqəsində qalib olub
Şagirdlərimiz "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində elan edilən müsabiqədə iştirak ediblər. Müsabiqədə iştirak edən şagirdlərə 3 növ tapşırıq göndərilib və şagirdlərdən bu tapşırıqlardan birini seçərək yerinə yetirmək tapşırılıb.
7c sinif şagirdləri Rafael Rəcəbli və B.Maksim informatika müəllimi Elnurə Kazımovanının dəstəyi ilə Python proqramlaşdırma dilində oyun və random hazırlayaraq müsabiqəyə təqdim ediblər. Şagirdlərimiz müsabiqənin qalibi olublar.
Qalibləri Təhsil TV verilişinə dəvət ediblər. Verilişdə iştirak edən şagirdlərimiz "Rəqəmsal bacarıqlar" dərslərinin onlarda kompetensiyaların, 21-ci əsr bacarıqlarının inkişafında əhəmiyyətli olmasından, dərslərinin maraqlı keçməsindən və öz işIəri haqqında ətraflı danışıblar.
Şagirdlərimizin adından Rəqəmsal bacarıqlar layihəsinin əməkdaşı Nailə xanıma və dəstəkləyəci və stimullaşdırıcı müsabiqələrin təşkilini həyata keçirdikləri üçün Təhsil TV-nin aparıcısı Gülnarə İlhama təşəkkürümüzü bildiririk.