“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib

26 aprel 2023-cü il tarixdə 193 nömrəli tam orta məktəbdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilib.
“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarətdir.
Yarışda rayonun 17 məktəb komandası tərkibində 238 nəfər məktəbli (onlardan 68 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəсinə görə qaliblər:
I yer – “Ankara məktəbi” məktəb-liseyi
II yer – Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyi
III yer - 193 nömrəli tam orta məktəb olmuşdur.
Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlar ilə təltif olunmuşlar.
Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanmışdır.
Liseyimizin Gənclərin Çağırışaqədərki Hazırlıq müəllimi Fərrux Salamovu və komandamızı təbrik edirik !