“Güclü qadın-güclü gələcək” gənc qızların maarifləndirilməsi və təşəbbüs İnstitutu layihəsinin son təlimi və bağlanışı keçirilib

    10 aprel 2023-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Güclü qadın-güclü gələcək” gənc qızların maarifləndirilməsi və təşəbbüs İnstitutu layihəsinin son təlimi və bağlanış mərasimi keçirilib.

    Bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Fidan Əzizova, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin Ümumi şöbəsinin rəhbəri Ümidə Kəngərli, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının və Odlar Yurdu Universitetinin psixologiya müəllimi Mehriban Ağabalayeva, layihənin təlimçisi, nitq və diksiya mütəxəssisi, “Charkazli Training and Consultation” MMC-nin direktoru Sona Tanrıverdiyeva, Nərimanov rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllimləri və 30 nəfər fəal gənc qız iştirak ediblər.

    İlk öncə "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Fidan Əzizova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi gənc qız şagird və tələbələrin bu sahədə maarifləndirilməsi, onların hüquqlarının təbliği, gender bərabərliyinin təmin olunması, qadın zorakılığı hallarının aradan qaldırılmasıdır.

    Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov layihə iştirakçılarını və qonaqları salamladı, belə bir aktual məsələ ilə əlaqədar konfransın keçirilməsinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, məişət zorakılığı kifayət qədər geniş yayılmış, çətin həll oluna bilən və ciddi, bəzən də faciəli nəticələrə səbəb olan zərərli həyati situasiyadır. Məişət zəminində törədilən zorakılıq mürəkkəb proses olub istər ayrı-ayrı fərdlər, istərsə də bütövlükdə cəmiyyət üçün ciddi nəticələrə gətirə bilər. Adətən məişət zorakılığına daha çox müdafiəsiz vətəndaşlar kateqoriyası məruz qalır: qadınlar, uşaqlar, ahıllar və əlilliyi olan şəxslər.

    Daha sonra PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin Ümumi şöbəsinin rəhbəri Ümidə Kəngərli, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının və Odlar Yurdu Universitetinin psixologiya müəllimi Mehriban Ağabalayeva, layihənin təlimçisi, nitq və diksiya mütəxəssisi, “Charkazli Training and Consultation” MMC-nin direktoru Sona Tanrıverdiyeva çıxış edərək qeyd etdilər ki, Məişət zorakılığı geniş yayılmış problemlərdən biridir. Demək olar ki, əksər ailələrdə o, özünü müəyyən formalarda biruzə verir. Ailədaxili şiddət bugünün problemi deyil, tarixi qədimlərə gedib çıxır. Bu gün bəşəriyyətdə onun aradan qaldırılması istiqamətində hüquqi istiqamətdə işlər aparılır. Ancaq yenə də biz bu problemin hətta inkşaf etmiş ölkələrdə belə həll edildiyini söyləyə bilmərik, qismən tənzimləndiyini deyə bilərik. Ailədaxili şiddətin bir istiqaməti də məhz qeyd etdiyiniz psixoloji şiddətdir. Digər şiddət növlərinin də kökündə məhz psixoloji şiddət dayanır. Bu gün dünya, elm, texnologiya inkişaf edir, bununla paralel insanın həyat keyfiyyəti dəyişir, münasibətlərdə yeni yanaşmalar ortaya çıxır. Gender bərabərliyi bu prosesdə sadəcə bir istiqamətdir. Bundan irəli gələn məsələlər hələ də tam həll olunmayıb. Problem hüquqi tərəfdən qismən həllini tapsa da, şüur baxımından tam həllini tapmayıb. Şübhəsiz ki, bunu birdən-birə etmək qeyri-mümkündür.

    Təlimdə liseyimizin fizika müəllimi Ətrabə Qaybalıyeva və şagirdlərimiz də də iştirak edib.

    Sonda təlimçi və psixoloq gəncləri maraqlandıran sualları cavablandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi