Şagirdlərimiz Azərbaycan Milli Xalça muzeyində ekskursiyada olub
Liseyin 8d sinif şagirdləri Azərbaycan Milli Xalça muzeyində ekskursiyada olub. Şagirdlər muzeydə olan xalçaların tarixi ilə bağlı ətraflı məlumat əldə ediblər.
Muzeydə müxtəlif dövrlərdən olan milli xalçalar nümayiş olunur. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, hərtərəfli öyrənilərək geniş ictimaiyyətə çatdırılması muzeyin yaradılmasının başlıca məqsədlərindən biridir.
Ekskursiya şagirdlərə xoş təəssürat bağışlayıb.