"Dalğa" bədii qiraət dərnəyinin növbəti hazırlıq məşqləri keçirilib

    07 aprel 2023-cü  il tarixdə liseydə fəaliyyət göstərən "Dalğa" bədii qiraət dərnəyinin növbəti hazırlıq məşqləri keçirilib. Dərnəyin bu  günkü mövzusu söz ustadı Məhəmməd Füzulinin "Söz"qəzəli olub. Dərnək üzvləri ilk dəfə olaraq qəzəl janrına müraciət edib. 

    Əvvəlcə qəzəl janrı haqqında  şagirdlərə məlumat verilib. Şeirin məzmunu təhlil edilib.
    Dahi söz ustadı Füzuli  şeirdə  sözün dəyərinin və qiymətinin vacib olduğunu  göstərilib. Füzuli qeyd edir ki, qiymətli söz ləl-cavahiratdan dəyərlidir. İnsanın dəyəri belə işlətdiyi mənalı sözdən çox asılıdır. Şagirdlərə eyni zamanda qəzəlin çətinliyi ilə yanaşı intonasiya və qiraət tərzi izah olunub.

    Bütün bunlar isə şagirdlərdə heca vəzni ilə yanaşı artıq əruz vəzni və onun qiraəti haqqında da məlumat verilib. Sonda isə şagirdlər şeirin  bədii qiraətini təqdim ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi