Bir əsrə sığmayan ömür
(Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur)
Dünyanın ən qədim, mədəni xalqlarından olan Azərbaycan xalqı özünün mədəniyyət abidələri, zəngin ədəbiyyatı və mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi tarixini yaradan şəxsiyyətlərlə də haqlı olararaq öyünmüşdür.Azərbaycannın tarixində xalqa düzgün yol göstərən Babək, Cavanşir, Uzun Həsən, Şah İsmayıl Xətai,Pənahəli xan, Cavad xan kimi kimi qürur duyduğumuz şəxsiyyətlər olub.Həmişə olduğu kimi XX əsrdə də Azərbaycan xalqını coşqun məhəbbətlə sevən, öz əməlləri ilə el- obasının ümid yeri olan, bütün insanlara sülh arzulayan və bu yolda canını əsirgəməyən qəhrəman oğlu olmuşdur. Bu Azərbaycan xalqının böyük oğlu, dahi şəsiyyət, ümummilli lider Heydər Əlirza oğlu Əliyevdir. Bəli, bu gün mən sizə taleyin Azərbaycan xalqına bəxş etdiyi bu nadir şəxxsiyyət haqqında danışmaq istəyirəm.
Tarix: 10 may 1923-cü il, məkan: Naxçıvan şəhəri. Həmin gün 39 yaşlı Əlirza kişinin ailəsində Azərbaycanı xilas edəcək bir şəxsiyyət dünyaya göz açdı.Bu dahi şəxsiyyət hər zaman xalqının çətin anında sinəsini sipər, kəskin sözlərini qılınc edərək qorudu öz yurdunu, qorudu öz xalqını.
Mənə bir şəxs göstərin, sevsin onu yaradan.
Allaha yaxın olsun seçsin ağı qaradan.
Millətinə əl atıb dərdə, haya yetişsin,
Düşməninə od çatıb alovlardan ötüşsün
Həyatının hər anı bir istəkdə cəm olsun
Sevib Azərbaycanı xalqına həmdəm olsun.
Deyirlər hər ölkəni, hər xalqı igid ogullarına, dahi şəxsiyyətlərinə görə tanıyırlar. Elə dahi şəxsiyyətləri də dahi xalqlar yetirir. Atalar demişgən: “ Nəhənglər dəryada olar.”Çünki hər bir xalqın böyüklüyü bəşəriyyətə bəxş etdiyi dühalarla ölçülür. Deməli, Heydər Əliyevin siyasət tarixində rolu və mövqeyi elə Azərbaycan xalqının rolu və mövqeyidir. Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqı üçün taleyin böyük bir töhfəsi, həm də tükənməz bir xəzinədir. “Heydər Əliyev xəzinəsi” adlanan bu milli sərvətdən isə hamiya pay düşər. İstər siyasətçilər, istər müxtəlif sahədə çalışan bütün insanlar bu gün oduğu kimi gələcəkdə də onun zəngin irsindən öyrənərək problemləri aradan qaldıracaqlar.
İnsan doğulanda hər kəsin taleyinə bir qismət düşür. Bu dahi şəxsiyyyətin taleyinə isə övladı olduğu millət üçün şam kimi yanmaq düşmüşdür. O bu vətəni dərin bir məhəbbətlə sevdi. Öz polad iradasi, yenilməz qüdrəti ilə canından çox sevdiyi Azərbycanın adını dünya dövlətləri sırasında layiqincə təmsil etdi, xalqın haqq səsini bütün dünyaya çatdırdı. Bir sözlə, bütün varlığı ilə Azərbaycana bağlı idi Heydər Əliyev. O, böyük qürur hissi ilə həmişə deyirdi :” Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır. Mən bütün həyatımı xalqa xidmət etməyə həsr etmişəm.Bundan sonra da bu yolla gedəcəyəm. Başqa yolum yoxdur.Vətənimə, xalqıma, millətimə məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur”.
Bu dahi şəxsiyyət haqqında günlərlə danışsaq da bitməz. “Biz azadıq, biz sərbəstik, biz heç kəsdən asılı deyilik”- deyən bu əvəzolunmaz şəxsiyyətin həyat və fəaliyyəti çox dolğun və zəngindir. Onun dolğun və zəngin bioqrafiyasına qısa bir nəzər salaq.
Heydər Əliyev 1939-cu ildə Naxçıvan Pedoqoji Texnikomunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) memarlıq fakultəsində təhsil almışdir. 1941- ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komisarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmış və 1944-cü ildə isə dövlət təhlükəsizliyi orqanlarında işə götürülmüşdür.Həmin vaxtdan təhlükəsizlik sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.Həmin illərdə o, Leninqrad şəhərində ( indiki Sankt Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1969-cu ildən 1982-ci ilədək Azərbaycan Kommunist Partiysı Mərkəzi Komitəsinin Baş katibi olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komutəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorboçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadkı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir.O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyası sıralarını tərk etmişdir.1990- cı ildə Azərbaycana qayıdan Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədrinin müavini olmuşdur.O, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetini sədri, iyunun 24-də isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993- cü ildə onun dərin zəkası və düzgün siyasəti nəticəsində ölkədə baş vermiş fəlakətdən qurtuluş yalnız Azərbaycan xalqının qurtuluş günü deyil, eyni zamanda müstəqilliyimizin, hüquqlarımızın, mədəniyyətimizin qurtuluşudur. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. Bu müdrik insan Azərbaycana rəhbərlik etdiyi bütün zamanlarda həmişə idarəçilik məsələlərinə xüsusi diqqət verirdi.O, dəfələrlə qeyd edirdi ki, dövlətçiliyin inkişafı dövlət idarəetməsindən çox asılıdır.Onun ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövləti və dövlətçiliyi üçün mühüm mərhələ oldu. Heydər Əliyevin ölkədə atəşkəsə nail olması, bütün sahələrdə quruculuq işlərinə başlanması, ordu quruculuğunun möhkəmləndirilməsi xalqda öz dövlətinə qarşı inam hissi oyatdı. Dövlət vətəndaşdan, vətəndaş isə dövlətdən güc aldı.Heydər Əliyev əmin idi ki, ölkəni bu ağır vəziyyətdən qaldırmaq üçün əsas vasitə neft amilidir. Beləliklə, 1994-cü ildə “ Əsrin müqaviləsi”nin imzalanması, ipək yolunun istifadəsi, Naxçıvanın nəqliyyat blokadasından azad olması Azərbaycanın inkişafında böyük rol oynadı. Bu gün elmin, texnikanin, mədəniyyətin, incəsənətin elə bir sahəsi tapimaz ki, bu dahi insan öz töhfəsini verməmiş olsun. Heydər Əliyev uşaqlara, gənclərə isə xüsusi qayğı göstərirdi, onların təhsilinə böyük diqqət ayırırdı. Onun hələ ilk hakimiyyət illərində 15 000 artıq azərbaycanlı gənc SSRİ- nin müxtəlif nüfuzlu universitetlərində təhsil almaq üçün göndərilmişdir. Bu say növbəti illərdə daha da artmışdır. O, hər zaman söyləyirdi ki, cəmiyətin gələcəyi gənclərdir.Öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə yüksək qayğı göstərməlidir. Onun siyasəti nəticəsində ölkədə müasir tələblərə cavab verən təhsil ocaqları tikilmişdir. Heydər Əliyev gənc nəslin mütəşəkkil yetişməsi üçün 1994-cü ildə Gənclər və İdman nazirliyini yaratdı. Bütün bunlar gənclərin qarşısında geniş imkanlar açdı. Onlar mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrədə irəli çəkildilər.Ümumiyətlə, Heydər Əliyevin ömür yolunu izlədikcə, onun həyatını, fəaliyyətini dərk etməyə çalışdıqca hər dəfə bir həqiqətlə üzləşirsən ki, bu böyük insanın bir məqsədi, bir amalı var idi.Xalqa təmənnasız xidmət etmək və onu sevmək. Bütün bu uzaqgörən dövlətçilik və idarəedicilik siyasətinin nəticəsidir ki,44 günlük Vətən Müharibəsi qələbə ilə nəticələndi.
Əziz Ulu öndər,sən vətənimin gücü və qüdrətisən.Şuşada bitən Xarıbülbülün nəmsiz gözlərinin memarı sənsən. Şuşasız Azərbaycan olmaz demişdin. Azərbaycanı Şuşasız qoymadıq.Biz Laçın dağlarına, Kəlbəcərin isti bulaqlarına qayıdacağıq söylədin. Ruhun şad olsun, əziz Ulu öndər, biz qayıtdıq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir dedin. 27 sentyabr 2020- ci ildə başlanmış olan Vətən Müharibəsində təməlini qoyduğun qüdrətli ordumuzun gücü və sənin siyasi kursunun layiqli davamçısı, müzəffər lider İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Qarabağ torpağı mənfur düşməndən azad oldu.Bütün bunlara görə biz sənə minnətdarıq. Minnətdarıq ki, sənin ideyaların yaşayır və bizi qələbədən- qələbəyə doğru aparır.Minnətdarıq ki, sənin bizə əmanət etdiyin müstəqil Azərbaycan əmin əllərdədir.Bu gün Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Müzəffər lider Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti, ordumuzun rəşadəti və qüdrətli xalqımızın birliyi sayəsində biz məğlub ölkədən qalib ölkəyə çevrildik. Hər zaman fəxr etdiyin, torpaqdan pay olmaz dediyin Azərbaycanın ətrafinda bir olduq, birlik olduq, dəmir yumruğa çevrildik torpaq naminə, Azərbaycan naminə. Əziz Ulu öndər, sənin müstəqilliyimiz əbədidir, sarsılmadır dediyin müstəqilliyimizi sarsılmağa qoymadıq, bizə miras etdiyin vətəni qoruduq və qoruyacağıq, sənin ideyalarını yaşatdıq və yaşadacağıq ki, biz də həmişə fəxrlə deyə bilək:
Mən fəxr edirəm ki, Azərbaycanlıyam!
Vətən Müharbəsi Qəhrəmanı Azad Hümbətov adına Ekologiya liseyinin UBTR-i Ətlaz Zeynalova