Tarixi unutma, unutdurma!

    31 mart 2023-cü il tarixdə liseyin UBTR-i Atlaz Zeynalova və hərbi hazırlıq müəllimi Fərrux  Salahovun iştirakı ilə 7a sinfində 31 mart soyqrımına həsr olunmuş dərs keçirilib
    1918-ci il martın 31-də ermənilər tərəfindən Azərbaycanda kütləvi şəkildə törədilmiş soyqrım haqqında  şagirdlərə geniş məlumat verilib.

    Ermənilərin  Bakıda, Gəncədə, Naxçıvanda,Şamaxıda ,Qubada və digər yerlərdə həyata keçirdikləri amansiz faciə şagirdlərə izah olunub. 

Məlumdur ki, Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı Bakı Xalq Komissarlığnın ən fəal rəhbərlərindən  biri olan Stepan Şaumuyanın başçılığı ilə həyata keçirilib. Ermənilər insanları diri-diri quyuya tökərək faciəli şəkildə qətl etməsi insanlığa  sığmayan cinayətdir. Onlar uşaqları, qocaları, süngüyə keçirilərək faciəli şəkildə öldürüblər. Erməni qəddarlığının həddi yoxdur. Onlar hamilə qadınların kürəyinə yanar samovarlar bağlayaraq işgəncə veriblər. Ermənilərin bu cinayəti beynəlxalq insan hüquqlarına zidd hadisədir. 

  Beləliklə, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, amansız soyqırım faktları onların amansız cinayətkar olduğunu sübut edir.

  Şagirdlərə 31 mart soyqırmı haqqında verilən məlumatlardan sonra onların bu soyqırım haqqındakı fikirləri dinlənilib. Şagirdlər insanlığa zidd olan  soyqırımlara, xüsusilə, erməni vandalizminə qarşı öz etirazlarnı bildiriblər. Şagirdlər "soyuq müharibələrə, amansız cinayətlərə son"-deyə fikirlər  səsləndiriblər.
  Dərsin sonunda "Tariximizi unutmayaq, unutdurmayaq, onu gələcək nəsillərə çatdıraq" fikirlər səsləndirilib. 

  Çünki tarixini yaxşı bilən xalq hər zaman güclüdür! Biz millət olaraq hər zaman tariximizi, gücümüzü, qüdrərimizi qoruduq və qorumağa hazırıq! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi