Xonça müsabiqəsinə yekun vurulub
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Novruz" bayramı münasibəti ilə məktəblər arasında keçirilən Xonça müsabiqəsinə yekun vurulub.
Lisey rəhbərliyi tərəfindən hazırlanan xonça müsabiqəyə gondərilib.
Münsiflər heyətinin rəylərinə əsasən, "Çeşidli xonça" nominasiyası üzrə Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyi qalib gəlib.
Müsabiqədə qalib gəlmiş və fərqlənmiş xonçalar sosial müdafiəyə ehtiyacı olan ailələrə paylanılacaq.
Lİseyimizin şagird və müəllim kollektivini qələbə münasibəti ilə təbrik edirik!