"Elimizə bahar gəlir" sərgisi təşkil olunub
14 mart 2023-cü il tarixdə liseydə "Elimizə bahar gəlir" sərgisi təşkil olunub. Sərgidə bir-birindən maraqlı əl işləri, divar qəzetləri nümayiş edilib. Azərbaycanın milli geyimlərini əks etdirən formalar, xonçalar, əks olunub. Sərginin keçirilməsində məqsəd qədim el adət-ənənələrini yaşatmaq və bu adətlərin gələcək nəsillərə çatdırılması idi. Eyni zamanda elimizin qədim bayramı olan Novruz bayramının türk xalqlarının dərin tarixi köklərini əks etdirən birlik və bərabərlik bayramı olması nəzərdə tutulub.