İdman həftəsinə start verilib
"İdman həftəsi" layihəsi proqramına uyğun olaraq məktəbin V-XI siniflərində səhər gimnastikası keçirilib. Fiziki tərbiyə müəllimi Samirə Səmədova sağlam həyat tərzini təbliğ edərək şagirdləri məlumatlandırıb. İdman həftəsinin proqramına aid olan səhər gimnastikası müntəzəm yerinə yetiriləcək və digər tədbirlərin də keçirilməsi planlaşdırılır.