“Tarixin soyqırımı zəncirində Xocalı faciəsi” adlı dərslər keçirilib

    24 fevral 2023-cü il tarixində Azad Hümbətov adına 291 №-li Ekologiya liseyində Xocalı soyqırımının 31 illiyinə həsr olunmuş “Tarixin soyqırımı zəncirində Xocalı faciəsi” mövzusunda Budaqova Cəmilə, İbrahimxəlilova Nuranə, Kazımova Elnurə, Salahova Sitarə, Şərifova Məsmə 8b, 8a, 7c siniflərində dərslər təşkil ediblər.

    Hər bir müəllim dərsə “Əziz şagirdlər, Xocalı  soyqırımından 31 il keçir” cümləsi ilə başlayıblar.

    Qeyd ediblər ki, bəşər tarixində öz qanlı damğasını vurmuş bir neçə genosid olubdur. Bunlar Hindu soyqırımı, Holokost soyqırımı və Xocalı soyqırımıdır. Zaman etibarı ilə bizə ən yaxın olan Xocalı soyqırımı Azərbaycan xalqına, onun genofonduna qarşı yönəlmiş bir soyqırımdır.

    Sonda şagirdlərə danışılan bu soyqırımları Venn diaqramı vasitəsi ilə müqaisə etmək tapşırığı verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi