Xocalı faciəsini unutma!

    23 fevral 2023-cü il tarixində liseydə “Xocalı faciəsini unutma” adlı tədbir keçirilib.Tədbirin məqsədi əsrin ən böyük faciəsini,ermənilərin törətdikləri vəhşilikləri məktəblilərə bir daha göstərmək, xalqımıza qarşı törədilən soyqırımını yada salmaqdan ibarət idi.

    Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbir 5 hissədən ibarət idi. Tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. “And iç, əsgər” poeması əsasında hazırlanmış tamaşa-kompozisiya Xocalı soyqırımı zamanı baş verən bir ailənin faciəsini canlandırıb. V bölümdən ibarət olan kompozisiyada öncə şəhid düşən xocalıların fotoslaydı sərgilənib. Daha sonra qısametrajlı sənədli film təqdim edilərək ermənilərin amansız vəhşilikləri ön plana çəkilib.

    “Dram və bədii qiraət” dərnəyinin rəhbəri Mətanət Rzayeva və məktəbin 8a sinif şagirdlərinin təqdim etdikləri kompozisiyada vətən fədailərinin ruhlarını şad etmək üçün Xocalı şəhidlərinin fotosərgilərinin qarşısına qərənfil çiçəkləri düzüblər. Yandırılan şamlar və 1 dəqiqəlik sükut isə xocalılara olan etiramın təcəssümü idi. Həzin, qəmli qaboy sədaları altında “Anaların fəryadı” ağısını söyləyən şagirdlər Xocalı şəhidlərini rəhmətlə anıblar.

    Tədbirdə “Ağlama Xocalı, ağlama”, “ Mənim cənnət Xocalım", “ Müstəqil Azərbaycanım” , “Azərbaycan bayrağı” adlı (Müəllif M.U. Şirvanlı) şeirlər söylənilib. Məktəblilər tərəfindən ifa edilən “Azərbaycan əsgəri” adlı mahnı ilə 44 günlük Vətən müharibəsinin qələbəsini qeyd edib və bu döyüşdə xocalıların da qisasının alındığını bəyan ediblər.

    Tədbirin sonunda məktəbin müəllimləri Xocalı faciəsi haqqında düşüncələrini məktəblilərlə bölüşüblər. Sonda xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi