“Beynəlxalq Ana dili günü” münasibətilə sinifdaxili diskusiya təşkil edilib

    21 fevralın 2023-cü il tarixində liseydə “Dram və Bədii qiraət” dərnəyinin üzvləri “Beynəlxalq Ana dili günü”münasibətilə sinifdaxili diskusiya təşkil ediblər.

    Diskussiyada Ana dilimizin qorunmasının, inkişaf etdirilməsinin vacibliyini bildiriblər. Milli və mənəvi irsimiz olan dilimizin ən qiymətli sərvət olduğunu qeyd ediblər. Ulu babalarımızdan miras olan Ana dilimizi gələcək nəsillərə saf və təmiz şəkildə çatdırılmasını tövsiyyə ediblər.

    Dərnəyin rəhbəri Mətanət Rzayeva dərnək üzvlərinə “Ana dili” gününün neçənci ildə, harada və necə yaranması haqqında məlumat verib.

    Bir- biriləri ilə dil vasitəsi ilə ünsiyyət quran dərnək üzvləri rəngarəng ədəbi janrlara müracət ediblər. 

    Azərbaycanın klassik və müasir şair və yazıçılarının qələmə aldıqları şeir və müdrik kəlamları səsləndiriblər. Tofiq Bayramın, M. U. Şirvanlının və Sevinc Nuruqızının “Ana dili” adlı şeirlərini söyləyiblər. Dilimizin zənginliyindən xəbər verən “Atalar sözləri” , “Yanıltmac” ları sevə-sevə dilə gətiriblər. Analarımızın beşik başında bizim üçün çaldıqları laylaları, oxşamaları  da yaddan çıxarmayıblar. Ana südü ilə yoğrulan laylaları musiqi ilə ifa ediblər.

    Dövlətçiliyimizin inkişafında  dilimizn böyük rolu var. Parlaq gələcəyimiz üçün Ana dilimizi uşaqlara sevdirmək və milli sərvətimiz kimi gələcək nəsillərə ötürmək hər bir Azərbaycan vətəndaşının borcudur.  Diskussiyada məktəbin UBTR-i Ətlaz Zeynalova və musiqi müəllimi Gülbəniz Muxtarova iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi