21 fevral-Beynəlxalq Ana Dili Günü qeyd olunub
21 fevral-Beynəlxalq Ana Dili Günü münasibətilə liseyimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Gülbahar Abbasova və musiqi müəllimi Gülbəniz Muxtarova tərəfindən təşkil olunan "Ana dilim-doğma dilim!" adlı ədəbi-musiqili tədbir keçirilib.
Tədbirdə liseyin V-VI-VII sinif şagirdləri Azərbaycan dili haqqında maraqlı təqdimatlar hazırlayıb, Azərbaycanın şair və yazıçılarının yaradıcılığından nümunələr gətirib, şeirlər səsləndirib, səhnəciklər təqdim ediblər.
Tədbirin iştirakçıları rus bölməsinin şagirdləri olsalar da, ana dilimiz olan Azərbaycan dilinin dövlət dili olmasını gözəl şəkildə nümayiş etdiriblər.
Şagirdlər Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə əsaslanaraq, "Mən fəxr edirəm ki, Azərbaycan dilində danışıram, dilimi sevirəm və ümid edirəm ki, gənc nəsil də bu dili qoruyacaq!"-filkirləri ilə bitiriblər.