Elm Olimpiadasının I mərhələsi keçirilib
Fevralın 18-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında II Bakı Elm Olimpiadasının I mərhələsi keçirilib.
Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadada BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə bilik yarışının gedişini izləyib.
Olimpiadada 1000-ə yaxın şagird iştirak edib. Komanda şəklində yarışan VIII və IX sinif şagirdləri 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetiriblər.
Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II (final) mərhələsində iştirak üçün vəsiqə qazanacaq.
İstedadlı şagirdləri üzə çıxarmaq, məktəblərdə öyrənmə və öyrətmə mühitini inkişaf etdirmək baxımından mütəmadi olaraq müxtəlif sinif səviyyələri üzrə bilik yarışlarının, müsabiqələrin və olimpiadaların keçirilməsi çox vacibdir. Bakı Elm Olimpiadası bu istiqamətdə ciddi rəqamət və istəklər yaradacaq.
Liseyimizin şagirdləri Əliyev Hikmət, Zamanlı Əli, Əhmədova Elnarə də bu olimpiadaya xüsusi hazırlaşıb.
Şagirdlərimizə Elm Olimpiadasında üğürlar arzu edirik!