"Şagird özünüidarəetmə günü" keçirilib

    Bu gün liseyimizdə "Şagird özünüidarəetmə günü" keçirilib. Səhər 08:00-da Dövlət himninin səslənməsi ilə başlayan tədris prosesi günorta 13:00-da yekunlaşıb.

    Direktor, direktor müavinləri, UBTR, təsərrüfat müdiri, saytın idarə olunması, kitabxana müdiri, müəllimlər hər biri şagirdlə əvəz olunub. Həmin günə düşmüş bütün dərsləri siniflər üzrə 6 saat olmaqla fərqli şagird tədris edib. Şagirdlər müəllim, direktor, direktor müavini, digər təşkilatçı işlərdə fəaliyyət göstəriblər. Şagird rəhbərlər şagird müəllimlərin dərslərini dinləyib, qeydlər ediblər.     Dərs gününün sonunda pedoqoji iclas keçirilib. Burada da şagirdlər iştirak ediblər. Şagird rəhbərlər şagird müəllimlərin dinlədikləri dərsləri barədə müzakirələr edib və sonda qərar qəbul olunub.

    "Şagird özünüidarəetmə günü”nün keçirilməsinin əsas məqsədi məktəblilərə özünüidarəetmə, işgüzarlıq, özünəinam kimi xüsusiyyətləri aşılamaq, onların gələcəkdə peşə məsuliyyətini dərk etməsinə dəstək olmaq, şagirdlərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə çatmaq bacarıqlarına yiyələnməsinə kömək etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi