Toxumun quruluşu mövzusunda təcrübə dərsi
Hər bir mövzuya uyğun yanaşma üsulu müxtəlif olur. Bu dəfəki mövzumuz "Toxumun quruluşu və cücərməsi"-dir.
Şagirdlər istədikləri toxum növünü seçir və cücərməsi üçün eksperimentlər aparmağa başladılar. İlk olaraq toxum haqqında geniş məlumatlara malik idilər. Toxum-qabıq, endosperm və rüşeymdən ibarətdir. Toxumun qabığı toxumu qurumaqdan, zədələnməkdən qoruyur. Toxumun endospermi özündə ehtiyat qida maddələri toplayır. Rüşeym bitkinin ilk mərhələsidir. Rüşeym kökcüyü, gövdəciyi, tumurcuğu və ləpə yarpaqları olur. Rüşeymin kökcüyündən bitkinin əsas kökü inkişaf edir. Rüşeymin gövdəciyinin üzərində rüşeymin digər hissələri yerləşir. Bəzi bitkilərdə məsələn, lobyada təpə yarpaqları torpaqdan kənara çıxır. Bu məlumatların uşaqların bildiyinə arxayın olduğumuz üçün toxumumuzu cücərtməyə hazırıq. Toxumun cücərməsi üçün su, hava, istilik lazımdır. Toxumlar suyun içində cücərmir. Toxumlar müəyyən temperatur şəraitində cücərirlər. Cücərmədən əvvəl toxumları su udması üçün suya qoyub şişirdirik. Hər toxum öz çəkisi qədər su içir. Çox suda saxlasaq çox şişər, ona görədə nəzarət edirik.
İnkişafın ilk dövründə toxumun rüşeymi endospermin toplamış olduğu qida maddələri ilə qidalanaraq böyüyüb cücərtiyə çevrilir. Toxumun rüşeym kökcüyü inkişaf edərək özünü torpağa bərkidir. Bizim müşahidə etdiyimiz isə rüşeym gövdəciyidir. O boy atır, öz ləpə və tumurcuğunu torpağın səthinə çıxarır. Səthə çıxmış yarpaqlı yerüstü gövdə inkişaf edir. Bunu müşahidə edən uşaqlar çox sevincli idilər. Onların həvəslə əkdikləri toxum becərib və inkişaf edib. Uşaqlara onu da izah etdim ki, torpağın üzərinə çıxan cücərtinin sonrakı inkişafı fotosintez hesabına gedir.