Ə.Haqverdiyevin "Bomba" hekayəsinin səhnələşdirilməsi
08 fevral 2023-cü il tarixində UBTR-i A. Zeynalovanın təşkilatçılığı ilə liseydə fəaliyyət göstərən "Dalğa" bədii qiraət dərnəyinin növbəti hazırlıq məşqləri keçirilib.
Dərnəyin bugünkü mövzusu Ə. Haqverdiyevin "Bomba" hekayəsi idi. Əvvəlcə, şagirdlərə hekayə haqqında məlumat verilib. İlkin oxunuşdan sonra hekayə kiçik səhnələrə bölünüb. Obrazlar üzərində iş aparılıb. Əsərin bu cür izahı və dioloqlara bölünərək oxunması sagirdlərdə düzgün və obrazlı oxu bacarığını artırır. Onlarda səlis oxu tərzi formalaşdırır. Eyni zamanda onlarda oyunçuluq bacarığı inkişaf edir, bədii qiraətə qarşı marağı daha da artırır. Bütün bunlar isə şagirdlərin nitqinin səlist və aydın olmasına kömək edir. Şagirdin nitqinin səlist olması isə onun öz bacarığının sərbəst şəkildə ifadəsi deməkdir.