İnformasiya biliyini gücləndir
UBTR-i Ə.Zeynalovanın istedad rubrikasının qonaqları 5a sinfinin şagirdləri olub. İnformatika kabinetində beşincilərlə görüş çox maraqlı keçib. Onlar kompüter arxasında həvəslə işləyiblər. İnformatika müəllimi Məsmə Şərifova qeyd edib ki, şagirdlərin hər biri verilən tapşırığı maraqla yerinə yetirirlər. Onlar bir-birindən məzmunlu və rəngarəng təqdimatlar hazırlayıblar. Şagirdlər təqdimatların necə hazırlanması ilə bağlı fikirlərini söyləyiblər.
Sonra Məhəmməd, Cansu, Səid və Aysu təqdimatların hazırlanmasa prosesi haqqında maraqlı məlumatlar verib və bu proses haqqında danışıb.
Biz də onlara uğurlar diləyir və arzu edirik ki, liseyin adını hər zaman öz istedad və bacarıqları ilə zirvəyə ucaltsınlar.