İdmanla məşğul ol, sağlam ol!
Bugünkü istedad rubrikasının qonağı 5c sinfinin şagirdləri olub. UBTR-i A. Zeynalova şagirdlərin istedadlarını üzə çıxarmaq üçün liseyin idman zalında olub.
A. Zeynalova idman müəllimi Yelzavetta Ələkbərovanın və beşincilərin fikirlərini dinləyib. İdman müəllimi Yelizaveta Ələkbərova qeyd edib ki, bugünkü dərsdə şagirdlər gimnastik hərəkətləri yerinə yetirəcəklər. Yelizaveta Ələkbərova onu da vurğulayıb ki, şagirdlərin idmana maraqları böyükdür.
Söhbət əsasında məlum olub ki, şagirdlər arasında gözəl gimnastlar, şahmat həvəskarları və digər idman növləri ilə məşğul olan idmançılar var. Onlar idman yarışlarında həvəslə iştirak edirlər. Bütün bunlar isə şagirdlərə stimul verir və idmana olan maraqlarını daha da artıır.
Gəlin, idmanı sevək və sevdirək! Çünki sağlam bədəndə sağlam ruh olar!