Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə
Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.
Lütfəli Rəhim oğlu Ələsgərzadə-süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitenin professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatının fəxri sədri olub.
Lütfi Zadənin bütün dünyada məhşur və Aristotel nəzəriyyəsi ilə ziddiyyət təşkil edən “Qeyri-səlis məntiq” nəzəriyyəsin, bir çox şirkətlərin, ölkələrin iri həcmli pullar qazanmasında, inkişafında və müxtəlif funksiyalı avadanlıqların, robotların meydana gəlməsində bilavastə rolu vardır. Əgər həmyerlimiz onun nəzəriyyəsindən yararlanan şirkətlərdən pay sahibliyi tələb etsə idi, ömrü boyu zənginlik və lüks yaşam tərzi sürərdi. Lakin Lütfi Zadənin hər zaman sadə və təbii xarakterini, ömrünün sonuna kimi yaşadığı dar bir mənzilə baxaraq görmək olar.
Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
Lütfi Zadənin hesabına ən çox gəlir qazanan Yaponya və Amerika şirkətlərinin bir neçəsi bunlardır: “Hitachi”, “Matsusita”, “Mitsubishi”, “Fuji”, “Toshiba”, “Sharp”, “Omron”, “Nissan”, “Canon”, “Sanyo”, “Sany-Trintron”, “Daewoo”, “Goldstar” (LC), “Samsung”, “Kodak” ,“Honda”, “General Motors”, “DuPant”, “Motorola”.
Aristotelin irəri sürdüyü ikili (binar) məntiqə əsasən ağ və qara rənglər mövcuddur və ya bir fikir ya doğrudur yaxud yanlış. Lakin Zadə nəzəriyyəsində (çoxmənalı-kəsilməz qiymətli) hər bir doğru fikirdə müəyyən dərəcədə yanlış yaxud əksi ola bilər, eləcə də ağ ilə qara arasında bir çox çalarlar mövcuddur, məsələn boz, bozumtul və s.
“Qeyri səlis məntiq” nəzəriyyəsinə əsasən müddəalar sıfır və bir arasında kəsilməz qiymətlər alır. Bu məntiqə əsasən real həyat daha düzgün dəyərləndirilə bilir və tolerantlıq daha çoxdur.
2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən İnformasiya-Kommunikasiya Texnologiyaları kateqoriyasında Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb
2016-cı ildə ilk süni intelektə malik robot (Alter) “Zadə məntiqi”-i əsasında yaponlar tərəfindən hazırlanıb.
2019-cu ildə ADA Universitetində Lütfi Zadə adına təqaüd təsis edilib.